Vitse-spiker koronavirusa görə istefa verdi- Polşada

Polşa Senatı sədrinin müavini Stanislav Karçevski istefa verərək koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün həkim işləyəcəyini bildirib.

“Report” RT-yə istinadən xəbər verir ki, məlumatı yerli “RMF24” yayıb

“Bu gündən Senat sədrinin müavini vəzifəsindən istefa verib öz peşəmə qayıdıram. Ancaq siyasətdən getmirəm”, – o bildirib.

Sədr müavini ixtisasca cərrah-həkimdir. O, Pilisa və Silezsk voyevodalığında həkim işləyəcək: “Canavarı meşə çəkir. Özümü balıq özünü suda hiss edən kimi hiss edirəm. Dostlar məni çox yaxşı qarşıladı”.

Qeyd edək ki, Polşada 17 062 nəfər koronavirusa yoluxub, 847 nəfər ölüb.

Polşa sərhədlərinə nəzarəti və xarici ölkə vətəndaşlarının ölkəyə giriş qadağasını iyunun 12-dək uzadıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Prezidenti:

Sonrakı məqalə

Prezidentin köməkçisi: