Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Ordu qərargahına gəlib

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sentyabrın 5-də Əlahiddə Ümumqoşun Ordunun Komanda Məntəqəsinə gələrək məntəqənin fəaliyyəti ilə tanış olub.

Komanda Məntəqəsinin Döyüşü İdarəetmə mərkəzində döyüş hazırlığının, təlimlərin gedişatı, eləcə də Ermənistan Respublikasının Silahlı qüvvələrinin bölmələri ilə təmas xəttində cari vəziyyət haqqında məlumat verilib.

Daha sonra səlahiyyətli nümayəndə Əlahiddə Ümumqoşun Ordunun qərargahına gələrək yaradılmış şəraitlə tanış olub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.