Priqojin dəfn olundu- Dəfndə kimlər iştirak edib?

“Vaqner”in qurucusu Yevgeni Priqojin Sankt-Peterburqda dəfn olunub.

Azpost.info xəbər verir ki, bu barədə RİA Novosti biznesmenin yaxın çevrəsinə istinadən yazıb.

Mənbənin sözlərinə görə, dəfn mərasimində Priqojinin yalnız qohumları və ən yaxın dostları iştirak edib.

“Vidalaşmaq istəyən hər kəs Poroxovskoye qəbiristanlığını ziyarət edə bilər, – Priqojinin mətbuat xidməti bildirib.

Qohumlarının istəyinə uyğun olaraq Priqojinin dəfn mərasimi ən yaxın adamların məhdud dairəsində keçirilib.

Poroxovskoe qəbiristanlığında olanlar Priqojinin təxminən saat 13 radələrində dəfn olunduğunu təsdiqləyiblər. Qəbiristanlıq rəhbərliyi izah edib ki, dəfn yeri barədə əvvəllər məlumat verilməyib, çünki qohumlar belə istəyib.

Azpost.info

Əvvəlki məqalə

Humanitar yükün Xankəndinə aparılması üçün sülhməramlılarla danışıq aparılır

Sonrakı məqalə

Azərbaycanlılar Xankəndi yolunda çadırlar qurdu