“Vaqner”in qurucusu Yevgeni Priqojin məndən təhlükəsizlik zəmanəti istəməyib”.
Azpost.info xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
O qeyd edib ki, onun Priqojini qorumaq öhdəliyi olmayıb.
“Təhlükəsizlik üçün biz iki dəfə müraciət etdik. İlk dəfə mən ona zəng etdim və danışıqlar gedirdi. İkinci dəfə o, Dima Utkinlə yanıma gəldi. Mən hər ikisinə qəti şəkildə xəbərdarlıq etdim”, – Belarus lideri deyib.
Azpost.info