Priqojin Sankt-Peterburqda dəfn ediləcək- Putin mərasimə qatılacaq? (RƏSMİ)

Rusiya prezidenti Vladimir Putin ötən həftə təyyarə qəzasında həlak olan “Vaqner”in rəhbəri Yevgeni Priqojinin dəfn mərasiminə getməyəcək.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib

“Prezidentin iştirakı məsələsinə baxılmır. Dəfn mərasimləri ilə bağlı konkret məlumatımız yoxdur. Yenə də bu məsələ ilə bağlı qərarı qohumlar və dostlar verir. Burada onlarsız heç nə deyə bilmərik”, – Peskov deyib.

Priqojin və onun biznes təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan digər şəxslərin dəfn mərasiminə hazırlıq gedir. Dəfn Sankt-Peterburqun bir neçə qəbiristanlığında – Serafimovski, Boqoslovski və Severnıda baş tutacaq.

“Fontanka”nın yazdığına görə, Serafimovski qəbiristanlığında çərçivələr qurulub və polis dəstəsi yaradılıb, işçilər asfaltı yuyur. Qəbiristanlığın girişlərində müxtəlif hüquq-mühafizə orqanlarının maşınları da var və onun yanındakı prospektdə tıxaclar yaranıb.

Əsas girişdə dayanan OMON əməkdaşları insanları qəbiristanlığa saat 14-dən sonra buraxmağa başlayacaqlarını deyiblər.

Sankt-Peterburq hökumətindəki mənbə “Fontanka”ya bildirib ki, dəfn mərasiminin harada keçiriləcəyi ilə bağlı konkret məlumat yoxdur.

Azpost.info

Əvvəlki məqalə

Həsən Zeynalov Türkmənistanda səfir vəzifəsindən geri çağırılıb

Sonrakı məqalə

Mərkəzi Bank bu gün hərracda 58 milyon dollar satıb