Priqojinin cəsədində əl qumbaralarının hissələri tapılıb –PUTİN

Yevgeni Priqojinin təyyarəsinə kənardan heç bir təsir olmayıb.

Bunu Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bildirib.

Putin bildirib ki, istintaqa əsasən, qurbanların cəsədlərində əl qumbaralarının hissələri tapılıb.

O vurğulayıb ki, araşdırma çərçivəsində təyyarə qəzasında həlak olanların bədənlərində spirtli içki və narkotik maddələrin olub-olmadığını müəyyən etmək üçün ekspertiza aparılmayıb. Lakin belə bir ekspertiza aparmağa dəyərdi.

Rusiya prezidenti onu da əlavə edib ki, Priqojinin şirkətinin Sankt-Peterburqdakı ofisində 10 milyard rubl nağd pul, həmçinin beş kiloqram kokain aşkarlanıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.