Priqojinin dostu olan “general Armageddon”u kim əvəz edib?

Ukraynada müharibəyə komandanlıq etmiş general Sergey Surovikinin Rusiya Aerokosmik Qüvvələrin komandanı vəzifəsindən kənarlaşdırıldığı bildirilir.

Surovkini müvəqqəti olaraq General Viktor Aflazov əvəzləyəcək. Bu barədə “RIA Novosti” dövlət xəbər agentliyi yayıb. Ötən il Surovikin Rusiyanın Ukraynadakı müharibəsinə qısa müddətə komandanlıq edəndə, Aflazov aerokosmik qüvvələrə başçılıq edib.

Priqojin qiyamından sonra Surovikin ictimaiyyət arasında görünməyib.

Surovikin Rusiyanın Suriya müharibəsinə müdaxilə vaxtı komandanlığına görə “General Armageddon” kimi tanınır. Onun qəddar idarəçilik üsulunu Priqojin və digər oxşar qatı millətçilər dəstəkləyiblər. Surovikin oktyabrda Ukraynadakı mülki infrastrukturu hədəfə almaq əmri verib. Rusiya raketləri və dronları elektrik şəbəkələrini, suvurma stansiyalarını vurub.

O həmçinin Rusiya qüvvələrinin Xersonda, Dnepr çayının qərb sahilindən taktiki çəkilməsi əmrini verib.

Surovikin yanvarda qəflətən komandanlıqdan uzaqlaşdırılıb. Gerasimov müharibəyə tam rəhbərlik etməyə başladı.

İyunun 23-də isə Priqojinin Vaqner qrupu üsyan qaldıranda Surovikin qiyamın ilk saatlarında yayılan videoda Vaqner üzvlərini qiyamı dayandırmağa çağırıb. Bəzi ekspertlər onun bu mesajı verməyə məcbur edildiyini deyirlər.

Əvvəlki məqalə

Qərbi Azərbaycan İcması Lüksemburqa etiraz edib

Sonrakı məqalə

Füzuli Mərkəzi Xəstəxanasında külli miqdarda mənimsəmə ilə bağlı cinayət işi açılıb