Prokuror yeniyetmə cüdoçunu öldürən şəxsə 20 il həbs tələb edib

Şağan olimpiya idman kompleksində yeniyetmə cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə ittiham olunan Ruslan Səfixanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib.

Dövlət ittihamçısı Ruslan Səfixanovun xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində yerləşən idman arenasında baş verib.

İdman arenasında Yevlax rayon sakini, 2006-cı il təvəllüdlü Turan Rüstəmovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı T. Rüstəmova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ruslan Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Ruslan Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.