Prokurorluq atanın 9 yaşlı qızına işgəncə verməsi ilə bağlı araşdırma aparır

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Rauf Vəliyevin 9 yaşlı qızı Milana Məlikzadəyə döyərək işgəncə verməsi və bunu keçmiş həyat yoldaşı Təranə Rzayevaya “Whatsapp” vasitəsilə zəng edərək nümayiş etdirməsi ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib.

Qeyd olunub ki, nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putin Koçaryana zəng vurub –

Sonrakı məqalə

Həkimi döyən “müharibə əlili” barəsində cinayət işi başlanıb