Prokurorluq Göygöldə 20 yaşlı gəncin qətli ilə bağlı məlumat yayıb

Fevralın 15-də saat 22 radələrində Göygöl rayonu ərazisində 2002-ci il təvəllüdlü Cavidan Məmmədovun öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Göygöl rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1999-cu il təvəllüdlü Cəlal Apiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Cavidan Məmmədova çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cəlal Apiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada ötən sutka 10 min insan koronavirusun qurbanı olub

Sonrakı məqalə

“Bakı Metropoliteni”