Prorektor rüşvətə görə işdən çıxarılıb?- Açıqlama

Şahin Xurşudov
Şahin Xurşudov

Gəncə Dövlət Universitetinin (GDU) Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudovun korrupsiya iddiaları əsasında vəzifədən azad edildiyi barədə məlumat yayılıb.

Universitetdən “Qafqazinfo”ya bildirilib ki, prorektor işdən öz istəyi ilə çıxıb.

“O, professor elmi adını almaq üçün bu qərarı verib. Şahin Xurşudov, həmçinin tədris fəaliyyətini davam etdirir. Hazırda o, İqtisadiyyat fakültəsində yarımştat müəllim kimi fəaliyyət göstərir. Yayılan korrupsiya iddiaları əsassızdır”, – açıqlamada vurğulanıb.

Qeyd edək ki, Şahin Nadir oğlu Xurşudov Gəncə Dövlət Universitetinin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsinə 2022-ci ilin mart ayında təyin edilmişdi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.