Psixoloqlar diaqnostik qiymətləndirmədən keçəcək- Nazirin müşaviri

Məktəblərdə psixoloqlarla bağlı problemlər var. Həmin psixoloqların diaqnostik qiymətləndirmədən keçirilməsi planlaşdırılır.

Bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev “Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusuna həsr olunmuş dəyirmi masada bildirib.

R.Ağayev əlavə edib ki, şagird sayı 1000-dən çox olan məktəblərdə hər 500 uşağa bir psixoloq düşür. Eyni zamanda, psixoloqların işə qəbulu da mərkəzləşdirilmiş qaydada imtahan vasitəsilə həyata keçirilir.

“Bildirməliyəm ki, “Məktəblinin dostu” layihəsi çərçivəsində məktəblərdə 2048 şagird psixoloqa müraciət edib. Onlardan 1734- ü konsultasiya olunub, 737 uşaq psixoloqa yönəlib, – deyə o əlavə edib.

Əvvəlki məqalə

Putinin tələbə yoldaşı Rusiya Ali Məhkəməsinin yeni sədri oldu

Sonrakı məqalə

İsrail ordusu itkilərini açıqlayıb