PSJ “Barselona”nı, “Liverpul” “Leypsiq”i məğlub edib –Çempionlar Liqası

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində iki matç keçirilib.

İspaniyada baş tutan qarşılaşmaya maraq daha böyük idi. “Barselona” öz meydanında ötən mövsümün finalçısı PSJ-ni qəbul edib. Ronald Kumanın yetirmələri hesabı açsa da, meydanı məğlub tərk edib. Kilian Mbappenin het-trik etdiyi görüşdə böyükhesablı qələbə qazanan fransızlar növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib.

Eyni saatda başlayan digər görüş Macarıstanda təşkil olunub. Koronavirus pandemiyası üzündən Almaniyaya gedə bilməyən “Liverpul” Budapeştdə “Leypsiq”in qonağı olub. Bu oyunda da sevinən tərəf qonaqlar olub. İngilislər ikinci hissədə vurduğu qollar sayəsində səfər qələbəsi qazanaraq, 1/4 finala bir addım yaxınlaşıb.

Qeyd edək ki, 1/8 finalın növbəti iki oyunu fevralın 17-də keçiriləcək. “Porto” “Yuventus”u, “Sevilya” Dortmund “Borussiya”sını qəbul edəcək.

Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar

16 fevral 
00:00. “Leypsiq” (Almaniya) – “Liverpul” (İngiltərə) – 0:2
Salah, 53, Mane, 58
00:00. “Barselona” (İspaniya) – PSJ (Fransa) – 1:4
Messi, 28 (pen.) – Mbappe, 32, 65, 85, Kin, 70

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sərkisyan 2020-ci il Tovuz təxibatını Ermənistanın törətdiyini etiraf etdi:

Sonrakı məqalə

Qaradağlı faciəsindən 29 il ötür