Pulsuz gəmiçilik, yoxsa Süveyş modeli?- Hörmüz boğazı üçün iki fərqli plan

ABŞ Prezidenti Donald Tramp administrasiyası Hörmüz boğazının nəzarətini beynəlxalq konsorsiuma verməyi təklif edib.

“The Daily Telegraph” qəzeti bu barədə diplomatik mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, ABŞ Dövlət katibi Marko Rubio bu təşəbbüsü Yeddilər Qrupunun (G7) xarici işlər nazirlərinin görüşündə təqdim edib. Vaşinqton hesab edir ki, Hörmüz boğazında gəmiçilik ödənişsiz və rüsumsuz olmalıdır.

Eyni zamanda, Hörmüz boğazı ilə bağlı Türkiyə, Pakistan, Misir və Səudiyyə Ərəbistanının alternativ planı da müzakirə olunur. Bu plan regionda Süveyş kanalına tətbiq edilən tranzit haqlarına bənzər tarifləri nəzərdə tutur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.