“Putinə qarşı səbrim tükənir…” –Tramp Kremlə xəbərdarlıq etdi

ABŞ prezidenti Putinə qarşı səbrinin tükəndiyini bildirib.

AzPost-un məlumatına görə, Fox Nevs” telekanalına müsahibəsi zamanı jurnalist ondan Polşaya PUA hucumu ilə bağlı Putinlə nə edəcəyini soruşub.

Tramp cavabında səbrinin tükəndiyini deyib və qeyd edib ki, Rusiya PUA-ları Polşa hava məkanını keçməməli idi. “Mən heç kimi müdafiə etmək fikrində deyiləm. Lakin onlar vuruldu. Polşadan uzaq durmalısınız”.

Amerika prezidenti əlavə edib ki, Rusiyaya qarşı mümkün məhdudiyyətlər neft və bank sektoruna təsir edəcək, həmçinin tariflər tətbiq olunacaq.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.