Putin Ərdoğanla Ukraynadakı vəziyyəti müzakirə edib

Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefonla Ukrayna və Donbasdakı vəziyyəti müzakirə ediblər.

Azpost.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Xüsusən də BMT baş katibi Antonio Quterreşin Moskvada apardığı danışıqların nəticələri nəzərə alınmaqla, Ukrayna və Donbasdakı vəziyyətin humanitar aspektlərinin müzakirəsi davam etdirilib. Gələcək təmaslar barədə razılıq əldə olunub”, – məlumatda deyilir.

Bununla yanaşı, Putin rusiyalı pilot Konstantin Yaroşenkonun amerikalı Trevor Ridlə dəyişdirilməsi prosesinin təşkilinə görə Türkiyə tərəfinə təşəkkür edib. Türkiyə prezidentinin ofisindən bildiriblər ki, Ərdoğan Putini Ukraynadakı vəziyyətlə bağlı vasitəçiliyi davam etdirəcəyinə əmin edib. O, həmçinin iki ölkənin kəşfiyyat xidmətləri arasında əməkdaşlığı gücləndirməyə çağırıb.

Azpost.info

Əvvəlki məqalə

Məşhur kosmetika şirkəti Rusiya bazarını tərk etdi

Sonrakı məqalə

Prezident NATO Baş katibinin xüsusi nümayəndəsini qəbul edib –