Putin Almaniya kansleri ilə Ukraynanı müzakirə edib –Kremldən açıqlama

Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla telefon söhbəti aparıb.

Azpost.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Almaniya tərəfinin təşəbbüsü ilə baş tutan söhbətdə Ukraynadakı humanitar vəziyyəti müzakirə olunub. “Ukraynadakı vəziyyətin müzakirəsi humanitar aspektlərə vurğu ilə davam edib. Vladimir Putin Donbasın mühafizəsi üzrə xüsusi hərbi əməliyyatın məntiqini və əsas vəzifələrini ətraflı şəkildə qeyd edib, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən tədbirlərdən danışıb. Putin kanslerin diqqətini ona yönəldib ki, dinc Rusiya-Ukrayna danışıqları əslində Kiyev hşkumətinin təşəbbüsü ilə əngəllənib. Söhbətin sonunda iki ölkə liderləri müxtəlif kanallar vasitəsilə aktual mövzular üzrə müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər”, – məlumatda deyilir.

Azpost.info

Əvvəlki məqalə

İlon Mask “Tvitter”lə bağlı alqı-satqını dayandırıb –

Sonrakı məqalə

TƏBİB-in TABELİYİNDƏKİ BU QURUMLAR SƏHİYYƏ NAZİRLİYİNƏ VERİLDİ –