“Putin anlamalıdır ki, “diktatorlar dünyası” ideyası daha işləmir” –Almaniya kansleri

“Hazırkı vəziyyətdə Rusiya-Ukrayna müharibəsini diplomatik yolla sona çatdırmaq mümkün deyil”.

Azpost.info bildirir ki, bu sözləri Almaniyanın kansleri Olaf Şolts RND telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu prosesə Rusiya mane olur və Ukrayna ruslara güzəştə getməməlidir: “Məhz Putin iki tərəf arasında əvvələr əldə olunmuş bütün səylərin üstündən xətt çəkdi”.

“Rusiya anlamalıdır ki, diktatorlar dünyası ideyası daha işləmir. Ərazini flomasterlə işarələyib “indi bura mənimdir” deyən belə diktator dünyası olmayacaq”-deyə Şolts bildirib.

Şolts müharibədən əvvəl Putinlə görüşünü xatırladıb. Putin Şoltsdan tələb edirmiş ki, Ukraynada Moskvanı hədələyəcək heç bir raket olmamalı, Ukrayna NATO-ya üzv edilmələlidir. “Burada rol oynamış heç bir səbəb bu müharibəyə bəraət qazandıra bilməzdi”.

 

Əvvəlki məqalə

“Xersonun azad olunması möhtəşəm qələbədir” –

Sonrakı məqalə

“Rusiya ilə Ukrayna arasında sülh üçün yollar tapmaq lazımdır”