Putin azərbaycanlı milyarder Qod Nisanovu mükafatlandırdı

12 Fevral 2021 - 19:26

Rusiya Prezidenti Vladimir Putin “Rusiya Federasiyasının Dövlət Mükafatlarının verilməsi haqqında” fərman imzalayıb.

V. Putinin fərmanı rəsmi hüquqi məlumatlar portalında dərc olunub.

Fərmana əsasən, Azərbaycan əsilli iş adamı, “Kievskaya Ploşad” Şirkətlər Qrupu Müşahidə Şurasının sədri, Rusiyadakı Azərbaycan diasporunun lideri Qod Nisanov Rjevsk Sovet Əsgərinə memorial kompleks layihəsinin həyata keçirilməsindəki xidmətinə görə “Xeyirxah əməllərə görə” fərqlənmə nişanı ilə təltif olunub.

Qeyd edək ki, Qod Nisanov xeyriyyə işlərində fəal iştirak edir, məsələn, keçən ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına uyğun olaraq yaradılmış Koronavirusa qarşı Mübarizə Fonduna 2.000.000 manat köçürüb. May ayında isə Q.Nisanov tərəfindən Azərbaycana 10 təcili yardım maşını göndərilib və onlar Tibbi Ərazi Vahidlərini İdarəetmə Birliyinin texniki bazanın gücləndirilməsi məqsədilə həmin qurumun istifadəsinə verilib.