Putin “Azovstal”dakı mülki əhalinin təxliyyəsinə razılıq verdi –BMT-dən açıqlama

Rusiya prezidenti Vladimir Putin BMT baş katibi Antonio Quterreşin Mariupoldakı “Azovstal” zavodundan mülki əhalinin təxliyyəsi ilə bağlı müraciətinə razılıq verib.

Azpost.info xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.

Baş katib Putinə mülki əhalinin təxliyyəsinə BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin cəlb edilməsini təklif etmişdi. “İkitərəfli görüş zamanı xüsusilə Mariupoldakı vəziyyətlə bağlı humanitar yardım və mülki əhalinin münaqişə zonalarından təxliyəsi ilə bağlı təkliflər müzakirə olunub. “Azovstal”dan təxliyə üçün sonrakı tədbirlər BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi və Rusiya Müdafiə Nazirliyi tərəfindən əlaqələndiriləcək”, – məlumatda bildirilir.

Azpost.info

Əvvəlki məqalə

Rusiya Ukraynaya nüvə zərbəsi endirə bilərmi? –

Sonrakı məqalə

Vətəndaşlar ötən ay DSMF-dən 54 min elektron arayış alıblar