“Putin başa düşməlidir ki, heç vaxt qalib olmayacaq”- Almaniya prezidenti

“Digər Avropa ölkələri ilə müqayisədə Almaniya Kiyevə ən böyük yardımı göstərir”.

Azpost.info xəbər verir ki, bunu Almaniya prezidenti Frank-Valter Ştaynmayer prezident sarayında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının ildönümünə həsr olunmuş çıxışında deyib.

“Almaniyaya güvənə bilərsiniz. Bütün mübahisəli və bəzən xoşagəlməz müzakirələrə baxmayaraq, əminəm ki, biz Ukraynanın Avropadakı ən böyük tərəfdaşı olmağa davam edəcəyik”, – o əlavə edib.

Almaniya prezidentinin sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq Avropanın mərkəzində yenidən təcavüzkar kampaniya gedir: “Rusiya Ukraynanın mövcud olmaq hüququnu inkar edir, onu müstəqil dövlət kimi məhv etmək istəyir. Sərhədlərin toxunulmazlığı, ölkənin suverenliyi, insan ləyaqəti, sülh, norma və qanunlara əməl olunması Rusiya lideri Vladimir Putin üçün heç nə ifadə etmir. Avropada birgə yaşamağımızın əsaslandığı hər şey onun üçün heç bir əhəmiyyət daşımır. Rusiyanın işğalçı müharibəsi Avropanın təhlükəsizlik nizamını xarabalığa çevirib. Bu, dünyanın iki dünya müharibəsindən öyrəndiyi bütün dərslərə hücumdur”.

Ştaynmayer qeyd edib ki, müharibəni uzadan Qərbin hərbi yardımı deyil, sülhdən imtina edən Rusiyadır: “Putin müharibəni bitirməkdə ciddidirsə, qoşunlarını Ukraynadan çıxarmalıdır. Rusiya başa düşməlidir ki, onun cinayətkar müharibəsində heç bir qələbə ola bilməz. Öldürməyə, Ukraynanı bombalamağa, şəhərləri dağıtmağa, uşaqları oğulamağa icazə verən, əsgərlərinə mənasız yerə qan tökdürən tarixdə heç vaxt qalib olmayacaq. O, artıq məğlub olub!”.

Azpost.info

 

Əvvəlki məqalə

Salyanda 13 yaşlı qıza qarşı cinsi təcavüzə görə 4 nəfər həbs edilib –

Sonrakı məqalə

Erkin Qədirli Ukrayna parlamentinə dəvət olundu –