Putin BCM-nin həbs qərarından sonra ilk dəfə Rusiyanı tərk edəcək- Hansı ölkəyə gedəcəyi məlum oldu

Vladimir Putin təxminən altı ay əvvəl Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) onun həbsinə order verməsindən sonra ilk dəfə başqa ölkəyə getməyə hazırlaşır.

Azpost.info xəbər verir ki, səfər oktyabr ayında baş tutacaq.

“Bloomberg”ə məsələdən xəbəri olan üç nəfər bildirib ki, Kreml Putinin “Bir kəmər, bir yol” forumunda iştirak üçün Çinə səfərini hazırlayır.

Mənbələrdən biri deyib ki, Putin Çin sədri Si Cinpinin Pekinin nəhəng beynəlxalq infrastruktur layihəsi olan “Bir Kəmər və Yol Təşəbbüsü”nə həsr olunmuş sammitdə iştirak etmək üçün dəvətini qəbul edib.

Si Conpin Putini foruma mart ayında Moskvaya dövlət səfəri zamanı dəvət etmişdi. Elə həmin ay Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidentinin həbsinə order verdi. O vaxtdan bəri Putin Rusiyanı tərk etməyib. O, BRİKS-in CAR-da keçirilən avqust sammitinə də gedə bilmədi.

Cənubi Afrika hökuməti Putinin səfərini təmin etmək üçün uyğun variant tapa bilmədi və nəticədə Rusiya lideri sammitdə videobağlantı vasitəsilə çıxış etməli oldu.

Azpost.info

Əvvəlki məqalə

Məşhur türk aktyoru Ünal Silver vəfat edib

Sonrakı məqalə

7 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub