Putin beynəlxalq məhkəmə qərarlarının icrasını qadağan etdi –Gerbdə dəyişiklik olundu

Rusiya Federasiyasında xarici cinayət və beynəlxalq məhkəmələrin qərarlarının icrası qadağan edilib.

AzPost bildirir ki, bu barədə prezident Putin qanun imzalayıb.

Bu qanuna əsasən, Rusiyanın iştirakı olmadan digər xarici dövlətlər tərəfindən cinayət yurisdiksiyasına verilmiş xarici məhkəmələrin və Rusiyanın tərəfdar çıxdığı beynəlxalq müqaviləyə və ya BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsaslanmayan beynəlxalq məhkəmə orqanlarının qərarları ölkədə icra olunmur.

Bu yolla Rusiya özünə Beynəlxalq Cinayət Məhkəməsinin hökmlərini icra etməmək hüququ verib. Əvvəllər Rusiya məhkəməsi Putinin həbs qərarını verən prokuroru və səkkiz Beynəlxalq Cinayət Məhkəməsi hakimini qiyabi olaraq məhkum etmişdi. Onlar beynəlxalq axtarışa verilib və Rusiyada qiyabi olaraq həbs ediliblər.

Putinin imzaladığı başqa qanuna əsasən artıq Rusiya gerbindəki iki tac və kürə üzərində xaçlar yerləşdiriləcək.

İmzalanan digər qanuna görə, hərbi məhkəmələrə vətəndaşlığı olmayan hərbi qulluqçuları mühakimə etmək səlahiyyəti verilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.