“Putin də, Zelenski də sülh bağlamaq istəyir” –TRAMP

Donald Tramp
Donald Tramp

“Zelenski də prezident Putin kimi sülh bağlamaq istəyir”

AzPost bildirir ki, bu barədə ABŞ prezidenti Tramp Zelenski ilə söhbətindən sonra bildirib.

“Mən indicə Ukrayna prezidenti Vladimir Zelenski ilə danışdım. Söhbət çox yaxşı keçdi. O, prezident Putin kimi sülhü bərqərar etmək istəyir. Müharibə ilə bağlı müxtəlif mövzuları müzakirə etdik, lakin əsasən cümə günü Münhendə keçiriləcək, itse-prezident J.D. Vens və dövlət katibi Marko Rubionun iştirak edəcəyi iclası müzakirə etdik”-deyə Tramp vurğulayıb.

“Söhbət çox yaxşı keçdi. O, prezident Putin kimi Sülh bağlamaq istəyir. Biz müharibə ilə bağlı bir çox mövzuları müzakirə etdik. Ümid edirəm ki, bu görüşün nəticələri müsbət olacaq. Tamamilə lüzumsuz olan bu absurd müharibəni dayandırmağın vaxtıdır. Allah Rusiya və Ukrayna xalqına kömək olsun!”

Ağ Evdən verilən məlumatda deyilir ki, Trampın Putin və Zelenski ilə təmasları çox müsbət olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.