Putin “döz, gözəlim”ə izahat verməli oldu:“Heç vaxt buna yol verməmişəm”

Prezident Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla keçirdiyi mətbuat konfransında işlətdiyi “döz, gözəlim” ifadəsinə izah verməli olub.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, Putin bu gün Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə danışıqlardan sonra keçirilən mətbuat konfransında məsələyə yenidən qayıdıb.
Rusiya prezidenti deyib ki, bu sözlər şəxsi deyil: “Bu, şəxsi zəmində deyildi, açıq deməliyəm. Mən uzun illik fəaliyyətimdə heç vaxt buna yol verməmişəm. Məsələ sadəcə ondadır ki, dövlət başçısı ölkələr arasında təhlükəsizlik baxımından çox mühüm münasibətləri tənzimləyən fundamental sazişlərdə nəyisə bəyənib, nəyisə bəyənmədiyini deyir və onda mənə elə gəlir ki, bu düzgün format deyil”.

Putin əlavə edib ki, dövlət öz üzərinə müəyyən öhdəliklər götürübsə, bu öhdəliklər də beynəlxalq hüquq normalarında, xüsusən də BMT Təhlükəsizlik Şurasının qətnaməsində əksini tapıbsa, o zaman hamı bunula razılaşmalı və onu yerinə yetirməlidir.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ramiz Mehdiyev AMEA-dan uzaqlaşdırılmalıdır” –

Sonrakı məqalə

“Amerikalılar və ruslar bir-birinə atəş açsalar, müharibə başlayacaq” –