“Putin ehtiyatlı və çox sakit insandır, buna qadir deyil”- Lukaşenko Priqojinin ölümündən danışdı

Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinin Priqojinin ölümündə əli olduğuna dair iddiaları rədd edib.

Azpost.info xəbər verir ki, Belarus prezidenti bildirib ki, qəzanın arxasında konkret kimin olduğunu deyə bilməsə də, Putinin ehtiyatlı və çox sakit insan kimi buna qadir olmadığına əmindir.

“Putinin bunu etdiyini, günahkar olduğunu təsəvvür edə bilmirəm. Həddən artıq kobud, qeyri-peşəkar işdir. Bu, Putinin işinə oxşamır. Amma nə olursa olsun, yenə də Putinin üzərinə atacaqlar”, – Lukaşenko qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.