“Putin gəlsə, təhlükəsizliyini təmin edə bilməyəcəyik”- CAR etiraf etdi

Cənubi Afrika Respublikası (CAR) Rusiya prezidenti Vladimir Putinin ölkəyə səfər edəcəyi təqdirdə onun təhlükəsizliyini təmin edə bilməyəcək.

Azpost.info xəbər verir ki, bunu CAR-ın Rusiyadakı səfiri Cef Maketuka bildirib.

Onun sözlərinə görə, bunun əsas səbəbi Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya liderinin həbsinə dair orderidir.

“Bəli, vəziyyət belədir. Bu doğrudur”, – səfir Rusiya prezidentinin səfərinin mümkünsüzlüyündən danışarkən etiraf edib.

O qeyd edib ki, Cənubi Afrika Putinin səfərini təşkil etmək üçün bir şəxsin maraqları naminə qanunvericiliyi dəyişdirmək və ya Roma Statutunu pisləmək niyyətində deyil.

Səfir bildirib ki, ölkəsi Rusiya liderinə qarşı ittihamlar məsələsini BCM nümayəndələri ilə müzakirə etməyə söz verib, lakin məsləhətləşmələrin nəticələrini açıqlamayıb.

Azpost.info

Əvvəlki məqalə

Nazirlər mart ayında vətəndaşları bu tarixlərdə qəbul edəcəklər –

Sonrakı məqalə

ABŞ-da gözəllik müsabiqəsinin ilk qalibi 94 yaşında vəfat edib