Putin G20 sammitinə niyə getmədi? –KREMLDƏN AÇIQLAMA

“Rusiya prezidenti Vladimir Putin İndoneziyada keçiriləcək G20 sammitində iştirak etməyəcək. Sammitə hətta onlayn formatda da qatılmayacaq”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov deyib ki, bu qərar Putinin iş qrafiki və Rusiyada olmaq zərurəti ilə bağlıdır.

Qeyd edək ki, 15-16 noyabrda Balidə keçiriləcək G20 sammitində Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək.

Azpost.info

Əvvəlki məqalə

AZAL biletləri niyə baha satır? –

Sonrakı məqalə

“Kiyev danışıqlara getmir, hərbi əməliyyat davam edir”