Putin ilk dəfə Luqanska səfər etdi, hərbçilərə hədiyyə verdi- FOTO

Rusiya prezidenti Vladimir Putin “Vostok” Milli Qvardiyasının “LXR”-də yerləşən qərargahına baş çəkib.

Azpost.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya prezidenti general-polkovnik Aleksandr Lapinin və digər yüksək rütbəli zabitlərin bu sahədəki vəziyyətlə bağlı məruzəsini dinləyib.

“Vladimir Putin “Vostok” Milli Qvardiyasının Luqansk Xalq Respublikasındakı qərargahına baş çəkib, orada general-polkovnik Aleksandr Lapin və digər yüksək rütbəli zabitlərdən bu sektordakı vəziyyətlə bağlı məruzələr alıb”, – məlumatda deyilir.

Səfərin sonunda Putin hərbçiləri Pasxa bayramı münasibətilə təbrik edib və zabitlərə hədiyyə olaraq ikonanın surətini təqdim edib. Bu, Putinin “LXR”-ə ilk rəsmi səfəridir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.