Putin iqtidarının ən sadə paradı- Zirehli texnika keçmədi, döyüş təyyarələri səmaya yüksəlmədi

Bu gün Moskvada keçirilən Qələbə Paradı Vladimir Putinin hakimiyyəti dövründə baş tutan ən sadə parad olub.

Azpost.info xəbər verir ki, Kremlin hərbi gücünü nümayiş etdirmək üçün nəzərdə tutulan tədbir 16 ildə ilk dəfə olaraq ağır texnikasız keçirilib.

Tribunada əyləşən Putinin, keçmiş SSRİ ölkələrinin altı dövlət başçısının və hərbi geyimdə olan veteranların qarşısından Qırmızı Meydandan yalnız İkinci Dünya müharibəsindən qalmış bir T-34 tankı keçdi.

Hesablamalara görə, müharibə ili ərzində Rusiya ordusu 10 mindən çox texnika, o cümlədən 2 minə yaxın tank itirib.

Ardıcıl ikinci ildir ki, paradın aviasiya hissəsi ləğv edilir, döyüş təyyarələri aşağı hündürlükdə uçur. Bu arada, aerokosmik qüvvələr müharibə zamanı 79 təyyarə və 81 helikopter itirib.

Azpost.info

Əvvəlki məqalə

“Pandemiya dövrü bitdi” –

Sonrakı məqalə

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayıb