Putin Lavrovun sözlərinə görə İsrailin Baş nazirindən üzr istədi

Rusiya preidenti Putin xarici işlər naziri Sergey Lavrovun dediyi sözlərə görə, İsrailin Baş nazirindən üzr istəyib.

Azpost.info bildirir ki, bu barədə Baş nazir Naftali Bennetin ofisinin yaydığı məlumatda deyilir.

“Putin və Bennet  XİN rəhbəri Lavrovun sözlərini müzakirə ediblər. Baş nazir Putinin üzrünü qəbul edib və yəhudi xalqına və holokostun yaddaşına olan münasibətinə aydınlıq gətirdiyinə görə, təşəkkür edib”-deyə açıqlamada vurğulanır.

Xatırladaq ki, Lavrov müsahibəsində Ukrayna prezidenti Zelenskinin yəhudi mənşəyi barədə danışıb və deyib ki, Hitlerdə də yəhudi qanı olub. Bu isə soyqırım törətməyə mane olmayıb. Bu ifadələr böyük qalmaqal yaradıb.

 

Əvvəlki məqalə

Çində bina çöküb, onlarla ölü var

Sonrakı məqalə

Üç dövlətin səfirliyi Bakıda Ukraynaya dəstək tədbiri təşkil edib