Putin Dmitri Medvedyevin maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin bəzi dövlət qulluqçularının, o cümlədən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin, Dövlət Dumasının deputatlarının, Federasiya Şurasının üzvlərinin, bəzi federal icra hakimiyyəti orqanlarının rəhbərlərinin, Rusiya səfirlikləri və konsulluqlarının əməkdaşlarının maaşlarının artırılması haqqında Sərəncam imzalayıb.

Azpost.info xəbər verir ki, müvafiq sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

Onların maaşları oktyabrın 1-dən 5,5 faiz indeksləşdiriləcək.

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Baş prokuroru İqor Krasnovun maaşları da eyni tarixdən indeksləşdiriləcək.

Azpost.info

Əvvəlki məqalə

Qarabağda düşməndən müsadirə edilmiş döyüş texnikası, silah-sursatın

Sonrakı məqalə

Azərbaycan bu erməniləri beynəlxalq axtarışa verib –