Putin Moldovaya ayaq bassa, həbs olunacaq- AÇIQLAMA

Moldova Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib və onun qərarlarına əməl edəcək.

Azpost.info xəbər verir ki, bunu ölkə prezidenti Maya Sandu bildirib.

“Bəli, Moldova Beynəlxalq Cinayət Məhkəməsinin qərarına hörmətlə yanaşacaq”, – Sandu qeyd edib.

Sandu bu açıqlamanı həbsi BCM tərəfindən sanksiyalaşdırılan Rusiya prezidenti Vladimir Putinin Moldovaya gələcəyi təqdirdə həbs olunub-olunmayacağı ilə bağlı suala cavabında verib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.