Putin Netanyahunu təbrik etdi

Rusiya prezidenti Vladimir Putin və İsrailin “Likud” partiyasının sədri Benyamin Netanyahu arasında telefon danışığı olub.

Azpost.info xəbər verir ki, bu barədə İsrail telekanalı məlumat yayıb.

Putin Netanyahunu partiyasının parlament seçkilərində qələbəsi və hökumətin formalaşmasının başa çatması münasibətilə təbrik edib.

Bundan başqa, liderlər bir sıra məsələləri müzakirə ediblər ki, bunlardan da başlıcası Ukraynadakı münaqişə olub. “Likud” lideri ümid etdiyini bildirib ki, tərəflər silahlı qarşıdurmaya tez bir zamanda son qoymaq üçün bir yol tapacaqlar.

Netanyahu həmçinin Rusiya prezidentinə İranın nüvə silahı əldə etməsinə və İsrailin şimal sərhədi yaxınlığında İran hərbi bazasının yaradılmasına mane olmaq əzmində olduğunu bildirib.

Azpost.info

Əvvəlki məqalə

Yaponiya və Hindistan ilk birgə hərbi təyyarə təlimi keçirəcək

Sonrakı məqalə

Bu gündən Pakistandan Azərbaycana düyü idxalı gömrük rüsumundan azad edilir