“Putin prezident seçkilərində 90 faizdən çox səslə qalib gələcək”- PESKOV

“Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etsə, 90 faizdən çox səslə qalib gələcək”.

Azpost.info xəbər verir ki, bunu “The New York Times” qəzetinə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Cəmiyyətin prezident ətrafında cəmləşmə səviyyəsi görünməmiş həddədir. İndi də əminliklə deyə bilərik ki, Putinin namizədliyi irəli sürülsə, o, böyük üstünlüklə yenidən seçiləcək. Buna heç bir şübhə yoxdur”, – Peskov bildirib.

Rusiyada prezident seçkiləri 2024-cü ilin martına təyin edilib. Hazırkı dövlət başçısı Vladimir Putin seçkilərdə iştirakını hələ ki, rəsmən açıqlamayıb.

Azpost.info

Əvvəlki məqalə

Putin və Ərdoğan Qarabağla bağlı sülh prosesini müzakirə edəcək

Sonrakı məqalə

Prezident İlham Əliyev Şəmkir rayonuna gedib