Putin və Ərdoğan Qarabağla bağlı sülh prosesini müzakirə edəcək

Rusiya lideri Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında danışıqların mövzuları yüksək səviyyədə razılaşdırılır.

Azpost.info bildirir ki, bu barədə Hürriyət qəzeti yazıb.

Ehtimallara görə, tərəflər taxıl sövdələşməsini, ikitərəfli münasibətləri, Bakı və İrəvanın problemlərini, həmçinin Suriya məsələsini müzakirə edəcəklər.

Hələlik görüşün dəqiq yeri və vaxtı müzakirə edilməyib. Lakin danışıqların bu ilin avqustunda Ankara ərazisində aparılacağı güman edilir.

“Prezident Ərdoğan Rusiya taxılının Türkiyədə buğdaya çevrildikdən sonra yoxsul Afrika ölkələrinə göndərilməsini təklif edib. Mənbənin sözlərinə görə, Putinin “taxıl dəhlizi” çərçivəsində müvafiq jest edəcəyi gözlənilir”.

Azpost.info

Əvvəlki məqalə

Tank bölmələri döyüş hazırlığı üzrə məşğələlərə başlayıb –

Sonrakı məqalə

“Putin prezident seçkilərində 90 faizdən çox səslə qalib gələcək”