Putin Ramzan Kadırovun həyat yoldaşına dövlət mükafatı verdi- FOTO

Rusiya prezidenti Vladimir Putin Çeçenistan lideri Ramzan Kadırovun həyat yoldaşı Medni Kadırovaya “Qəhrəman Ana” dövlət mükafatını təqdim edib.

Azpost.info xəbər verir ki, cütlüyün 10-dan çox övladı var. Kadırov özü də ən azı 14 uşağının olduğunu iddia edib.

“Uşaq böyütmək həm sevincdir, həm də gündəlik əməkdir”, – Putin təqdimat mərasimində bildirib.

“Qəhrəman ana” Rusiyanın ən yüksək tituludur və müvafiq sərəncamla birlikdə 2022-ci ilin avqustunda prezident tərəfindən təsis edilib. Mükafat on və ya daha çox uşaq dünyaya gətirən və böyüdən rus qadınlarına verilir.

Təqdimat zamanı Putin və Kadırova arasında qısa söhbət olub və bu müddət ərzində efirdə səs kəsilib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.