Putin Rostovda hərbçilərlə iclas keçirib

Rusiya prezidenti Vladimir Putin hərbi əməliyyat qruplaşmasının Rostov-Dondakı qərargahında iclas keçirib.
Azpost.info bildirir ki, bu barədə jurnalistlərə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.
“Prezident Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun, istiqamətlər üzrə komandanların və qruplaşmanın digər yüksək rütbəli zabitlərinin məruzələrini dinləyib”, – deyə Kremldən bildirilib.
Daha sonra Kreml Putinin Rostov-na-Donuda xüsusi hərbi əməliyyatda iştirak edən bir qrup hərbçinin qərargahına baş çəkməsinin videogörüntülərini yayıb. Bu barədə material “Rossiya 24” telekanalında nümayiş etdirilib.
Əvvəlki məqalə

Ərdoğan və Putin Rusiyada görüşə bilər

Sonrakı məqalə

I qrupda müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir