Putin rublun zəifləməsi ilə əlaqədar təcili iclas keçirəcək

Rusiya prezidenti Maliyyə Nazirliyinin valyuta nəzarətinin gücləndirilməsi ilə bağlı təkliflərini müzakirə etmək üçün fövqəladə iclas keçirəcək.

Azpost.info xəbər verir ki, “Financial Times” bunu vəziyyətlə tanış olan mənbələrə istinadən yazır.

İclasın keçirilmə səbəbi odur ki, Mərkəzi Bankın əsas dərəcəsini 12 faizə çatdırması rublun zəifləməsini dayandıra bilməyib.

Maliyyə Nazirliyinin təkliflərindən birinə görə, Rusiya ixracatçıları valyuta gəlirlərinin 80 faizə qədərini satmalıdırlar, əks halda onlar dövlət subsidiyalarından məhrum ola bilərlər.

Bundan başqa, xaricdə olanlara dividendlərin ödənilməsinin və kreditlərin verilməsinin qadağan edilməsi, ixracatçıların Rusiyadan çıxara biləcəyi valyutanın həcminin azaldılması, idxal subsidiyalarının ləğv edilməsi təklif olunur.

Azpost.info

Əvvəlki məqalə

Heydər Əliyev Mərkəzində yazıçı Yunus Oğuzun romanının müzakirəsi olub

Sonrakı məqalə

“Heç bir yerdə sərhəddən “sərbəst keçid” anlayışı yoxdur”