Putin Rusiya nefti üçün “tavan qiyməti”ni şərh edib

“G7, Avropa İttifaqı və Avstraliyanın qəbul etdiyi “tavan qiymət”  əsasən Rusiya neftinin satıldığı qiymətlərlə üst-üstə düşür”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

O bildirib ki, yuxarı qiymət həddinə görə Rusiya büdcəsi ilə bağlı narahat olmağa dəyməz.

Putin həmçinin qeyd edib ki, Rusiya “tavan qiymət”i qəbul edən ölkələrə neft satmayacaq. Bundan başqa, Moskva, lazım gələrsə, neft hasilatını azaltmağı da nəzərdən keçirəcək.

Azpost.info

Əvvəlki məqalə

Xalq artisti Aftandil İsrafilovun vəziyyəti yaxşılaşıb

Sonrakı məqalə

Lənkəranda şagirdin döyüldüyü məktəbə yeni direktor təyin olunub