Putin Rusiyada koronavirusun yayılması vəziyyəti ilə bağlı müşavirə keçirib

Rusiya Prezidenti Vladimir Putin ölkədə koronavirusun yayılması vəziyyəti ilə bağlı müşavirə keçirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Prezidentin Novo-Oqaryevadakı iqamətgahında keçirilən müşavirədə Moskva meri Sergey Sobyanin, Baş Nazirin müavini Tatyana Qolikova, “Rospotrebnadzor”un başçısı Anna Popova və Səhiyyə naziri Mixail Muraşko iştirak ediblər.

Müşavirədə Rusiya ərazisində koronavirusun yayılması ilə bağlı hazırkı vəziyyət, yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirlər ətraflı müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Heydər Əliyev Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Sonrakı məqalə

Azərbaycanda daha 15 nəfərdə koronavirus aşkarlanıb