Putin Rusiyanın 38 ölkə ilə vergi sazişlərini dayandırdı

Rusiya prezidenti Vladimir Putin bir sıra “dost olmayan” ölkələrlə vergi sazişlərinin bəzi maddələrinin dayandırılması haqqında fərman imzalayıb.

Azpost.info xəbər verir ki, prezidentin fərmanı Rusiyanın ikiqat vergitutmanın qarşısının alınmasına dair razılaşması olan 80-dən çox ölkədən 38-nə aiddir.

Hökumətə “dost olmayan” ölkələr sanksiyaları ləğv edənə bu sazişlərin maddələrinin dayandırılması haqqında qanun layihəsini Dumaya təqdim etmək tapşırılıb.

Qanunun qəbulundan sonra “dost olmayan” ölkələrə ödənilən bütün dividendlər, faizlər və qonorarlardan Rusiyada müvafiq olaraq 15 və 20 faiz vergi tutulacaq.

Fərman fiziki şəxslərə təsir etməyəcək, onlar yenə də vergiləri, o cümlədən fərdi gəlir vergisini əvəzləşdirə biləcəklər.

Qanunun qəbulundan sonra “dost olmayan” ölkələrə ödənilən bütün dividendlər, faizlər və qonorarlardan Rusiyada müvafiq olaraq 15% və 20% vergi tutulacaq. Fərman fiziki şəxslərə təsir etməyəcək, onlar yenə də vergiləri, o cümlədən fərdi gəlir vergisini əvəzləşdirə biləcəklər.

Azpost.info

Əvvəlki məqalə

Türkiyədə saxlanılaraq ölkəyə gətirilən Fazil Qasımov həbs edilib

Sonrakı məqalə

Rusiyada Afrikadan gələn mühacirlər üçün 30 kənd salınacaq