“Rusiya Qərb ölkələrinin sanksiyalarına qarşı iqtisadi fəaliyyət iştirakçılarına daha geniş azadlıqlar verməklə cavab verə bilər”.
Azpost.info bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin çərşənbə günü hökumətlə görüşündə deyib.
“Biz dəfələrlə demişik ki, bəzi ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi qanunsuz məhdudiyyətlərə çox şeylərlə cavab verə bilərik. Bunlardan biri iqtisadi fəaliyyətin bütün iştirakçılarına və vətəndaşlara daha böyük azadlıqlar verməkdir”.
Müsbət nümunə kimi dövlət başçısı xidmət müddətinin iki-üç dəfə azalmasını göstərib.
Putin bundan əvvəl Rusiyada iqtisadiyyatın bərpa edilmə mərhələsinin başa çatdığını və dövlətin sanksiyalar təzyiqinin öhdəsindən gəldiyini bildirib.
Azpost.info