“Sanksiyalar Rusiya iqtisadiyyatına öz təsirini göstərməkdədir və gələcəkdə onların təsiri daha da artacaq”.
Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.
Onun sözlərinə görə, sanksiyaların Rusiya prezidenti Vladimir Putinin yaxın gələcəkdə strateji hesablamalarını dəyişəcəyinə ümid etmək lazım deyil. Çünki o, ilk növbədə iqtisadi mülahizələri rəhbər tutmur. Lakin Borrel əmindir ki, zaman keçdikcə Rusiya rəhbərliyi “silah” və “yağ”, yəni müharibəni davam etdirmək və insanların həyat səviyyəsini saxlamaq arasında seçim etməli olacaq.
“Hava əlaqələrini qorumaq üçün Rusiya öz təyyarələrinin əksəriyyətini istismardan çıxarmalı olacaq. Bu olmalıdır ki, lazım olan ehtiyat hissələrdən istifadə edib digərlərinin uçmasını təmin edə bilsin. Buna maliyyə bazarlarına çıxışın itirilməsi, böyük qlobal tədqiqat şəbəkələri ilə əlaqənin kəsilməsi və kütləvi beyin axını da əlavə olunur”, – Borrel deyib.
O əlavə edib ki, Çin sanksiyalardan yan keçmək üçün Moskvaya kömək etmək niyyətində deyil.
Qeyd edək ki, “Yağ əvəzinə silah” şüarı yenidən silahlanmanın zəruriliyindən danışan faşist Almaniyasının liderləri tərəfindən istifadə edilirdi. Hitlerin müavini Rudolf Hess 1936-cı ilin oktyabrında demişdi: “Daha çox yağa sahib olmamışdan əvvəl daha çox silahımız olmalıdır. Əks halda, nə vaxtsa onlar sonuncu yağımızı da aparacaqlar”.
Azpost.info