Putin Şoyqunu hərbi sənaye kompleksinə nəzarətçi təyin edib

Rusiya  Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu hərbi sənaye kompleksi (HİK) sahəsi üzrə kurator təyin edilib.

Azpost.info bildirir ki, bu barədə prezident Vladimir Putin Rusiya hökumətinin üzvləri ilə görüşündə bildirib.

Dövlət başçısı Şoyquya müdafiə sənayesinin əsas vəzifələrinin həlli üzrə işləri iyunun 5-dək başa çatdırmağı, habelə istehsal həcmi və rentabellik üzrə layihə hazırlamağı tapşırıb.

Putinin sözlərinə görə, Təhlükəsizlik Şurasının katibi “müxtəlif məsələləri” həll etməli olacaq. Ona görə də Müdafiə Nazirliyinin müvafiq avadanlıq almasını təmin etmək lazımdır, bizə bütün bu işlərin müstəqil koordinatoru lazımdır.

Prezident həmçinin əlavə edib ki, Şoyqu ilə birlikdə hökumət sədrinin birinci müavini Denis Manturov, eləcə də sənaye inkişafı, maliyyə və müdafiə nazirləri bu məsələ ilə məşğul olacaqlar.

Xatırladaq ki, 2024-cü ilin mayında Sergey Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib. Bundan əvvəl o, 2012-ci ildən müdafiə naziri vəzifəsində çalışıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.