Putinin Alyaskada Trampla görüşü ayaq altına qırmızı xalı və başın üzərində super bombardamançı təyyarələrin müşaiyəti ilə keçdi.
Görüş ilk baxışdan nəticəsiz təsiri bağışlayır. Doğurdanda hər hansı öhdəlik daşıyacaq sənəd imzalanmadı.
Amma 4 ildən sonra ABŞ-Rusiya prezidentlərinin görüşü Ukrayna müharibəsinin “qırmızı xətlərini” bir daha nümayiş etdirdi.
Putin Alyaskaya SSRİ rəhbəri Leonid Brejnevin “məhdudlandırılmış suverenlik” prioriteti ilə gəlmişdi. Bu prinsip Ukrayna üçün “loyal, asılı və beynəlxalq siyasətdə rus maraqlarını nəzərə almağı” tələb edir.
Putinin çıxışı göstərdi ki, Moskvanın Ukrayna müharibəsi ilə bağlı mövqeyi qəti dəyişməyib. “Bu münaqişənin köklü səbəbini həlli”ni istəyir: Yəni 2022-ci ildə Rusiyanın savaş üçün zərurət saydığı prioritetləri…
Putin indi sadəsə ABŞ-la müəyyən razılaşma əldə edib, Avropa Birliyini “oyundankənar” vəziyyətə salmaq istəyir.
Burada södələşmə sevən Trampa hansısa “hava atəşkəsi”, regional logistika marşrutları vədi ola bilər.
Putin Ukrayna savaşını “Əfqanıstan məsələsi”nə çevirmək, bu ərazidə qarşılıqlı maraqları, təmas nöqtələrini Vaşinqtonla yoxlamaq niyyətindədir.
Tramp üçün Alyaska görüşü publik olaraq xal qazandırmadı. Bu, Ukraynaya sülh gətirməyi prioritet elan etmiş prezident üçün minusdur. Təsadüfi deyil ki, Tramp hər fürsətdə bu savaşı “Baydenin savaşı” adlandırır. Putin də dünən Alyaskada “Tramp prezident olsaydı bu müharibə olmazdı” deyərək onu təsdiq etməsi çox mühüm detal sayıla bilər.
Putin Trampa “hər şeyi yenidən başlamağı” təklif edir.
Yəni Ukraynanı stola menyu kimi təklif edir.
Prosesin hansı nəticələr doğuracağı isə Avropanın və Ukrayna prezidentinin mövqeyindən çox asılıdır.
Xaqani SƏFƏROĞLU