Putin Trampla müzakirələr barədə MDB liderlərinə məlumat verib

“Rusiya Ukraynadakı vəziyyəti həll etmək səylərini Alyaska sammitində müzakirə olunan fundamental prinsiplər əsasında qurur”

AzPost bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında bildirib.

O qeyd edib ki, Rusiya ümumilikdə sammitin nəticələrinə müsbət baxır.

Dövlət başçısı əlavə edib ki, nizamlanma prosesi ilə bağlı MDB liderlərinə məhdud formatda məlumat verəcək.

Xatırladaq ki, avqustun 15-də Alyaskada Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında danışıqlar baş tutub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.