Putin Ukrayna ərazilərinin Rusiyaya birləşdirildiyi günü milli bayram elan edib

Rusiyada sentyabrın 30-u milli bayram günü kimi qeyd ediləcək.

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 30-nu Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına birləşdirilməsi günü kimi təsis edən qanunu imzalayıb.

Qeyd edək ki, Rusiya Ukraynanın adıçəkilən regionlarını ötən il öz ərazisinə birləşdirib. 30 sentyabr 2022-ci ildə Rusiya Prezidenti və “DXR” , “LPR”, Zaporojye və Xerson vilayətlərinin rəhbərləri tərəfindən yeni ərazilərin Rusiya Federasiyasının tərkibinə daxil edilməsinə dair sazişlər imzalanıb.

Əvvəlki məqalə

Prezident İlham Əliyev Cəbrayıla səfər edib

Sonrakı məqalə

Prezident “Azərişıq”ın Cəbrayıl İdarəetmə Mərkəzinin açılışını edib