Rusiya xüsusi hərbi əməliyyatda iştirak üçün Ukraynaya ezam etdiyi “Vaqner”çilərə aylıq 240 min rubl ödəyir.
Azpost.info xəbər verir ki, bundan başqa, onlara bonuslar da ödənilir.
“Vaqner” özəl hərbi şirkətinin Krımdakı nümayəndəliyindən bildirilib ki, pul nağd şəkildə ödənilir, kartlara köçürmələr həyata keçirilmir: “Pulu ya ezamiyyətdən sonra tam məbləğdə almaq olur, ya da aylıq maaşı alacaq yaxınlarınıza etibarnamə yaza bilərsiniz. Məbləği iki yerə bölmək olar. Məsələn, 30 faiz anaya, 70 faiz həyat yoldaşına. Mühasibat şöbəsi hər ayın sonunda pulu almaları üçün onlara zəng edir”.
Eyni zamanda, mənbə Rusiyanın hər bir bölgəsində “Vaqner”in mühasibat departamentinin olduğunu deyib.
Onun sözlərinə görə, bonus vəzifədən və tapşırıqların uğurla icrasından asılıdır: “Tapşırığın yerinə yetirilməsi haqqında hesabat komandir tərəfindən təqdim olunur. Rəhbərlik bu faktı təsdiqləməlidir. Mükafatın məbləği 150 ilə 700 min rubl arasında dəyişir. “Vaqner”çilər 24 yaşdan 50 yaşa qədər olan namizədlər arasından seçilir. Namizədin şəkərli diabet, xərçəng, vərəm, HİV, sifilis kimi xəstəlikləri, B və C hepatitləri, narkotikdən asılılığı olmamalıdır”.
Azpost.info
