Putin və Mirziyoyev birgə bəyanat imzaladılar- DETALLAR

Rusiya prezidenti Vladimir Putin və Özbəkistan prezidenti Şavkat Mirziyoyev Daşkənddə keçirilən danışıqların yekunlarına dair birgə bəyanat imzalayıblar.

Azpost.info xəbər verir ki, görüş Mirziyoyevin “Kuksaroy” iqamətgahında baş tutub.

Liderlər əvvəlcə dar tərkibdə görüşüblər, daha sonra söhbət iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Danışıqlarda iki ölkə liderləri ticarət dövriyyəsinin 30 milyard dollara çatdırılması barədə razılığa gəliblər.
Mirziyoyev əmin edib ki, Rusiya ənənəvi olaraq Özbəkistanın əsas ticarət tərəfdaşı olaraq qalır. Onun sözlərinə görə, ilin əvvəlindən ölkələr arasında ticarət dövriyyəsi 30 faiz, son 7 ildə isə 2,5 dəfə artıb.

Özbəkistan prezidenti əlavə edib ki, yaxın vaxtlarda ölkəsinin ticarət nümayəndəliyi Rusiyada fəaliyyətə başlayacaq.

Şavkat Mirziyoyev həmçinin Moskvanı qaz, neft və neft məhsullarının tədarükündə mühüm strateji tərəfdaş adlandırıb.

“Qaz nəqli sisteminin modernləşdirilməsi, qaz, neft və neft məhsullarının tədarük həcminin artırılması, Rusiyanın aparıcı karbohidrogen emalı şirkətləri ilə layihələrin həyata keçirilməsinə dair razılaşma var”, – Mirziyoyev əlavə edib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.